Norveç – Azərbaycan oyununun stadionu müəyyənləşdi

13:49 2 Mart 2015

Azərbaycan millisinin AVRO-2016-nın seçmə mərhələsində keçirəcəyi növbəti səfər matçının məkanı müəyyənləşib.İyunun 12-də Norveçə qarşı keçiriləcək qarşılaşma “Ullevol” stadionunda baş tutacaq.

 

 

 

Sportarena.az xəbər verir ki, paytaxt Oslodakı görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Norveçlilər seçmə mərhələnin bu il baş tutacaq 4 ev görüşünün hamısını bu arenada oynamağa qərar verib.

 

Qeyd edək ki, 1925-ci ildə inşa olunan “Ullevol” stadionu 25572 tamaşaçı tutumuna malikdi.

 


Xəbər xətti