Millimizin Malta ilə oyununun biletləri satışa çıxarıldı

13:55 2 Mart 2015

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Malta oyununun biletləri satışa çıxarılıb.

 

 

 

Sportarena.az xəbər verir ki, martın 28-də baş tutacaq qarşılaşmanın biletlərini oyunun keçiriləcəyi Tofiq Bəhramov adına  Respublika stadionu, həmçinin "Bakcell Arena"nın kassalarından da əldə etmək olar.

 

Oyunu izləmək istəyənlər Üzeyir Hacıbəyli küçəsində yerləşən “Bakcell” Müştəri Xidmətləri mərkəzindən də bilet ala bilər. Qiymətlər tribunalardakı yerlərdən asılı olaraq 2, 4, 6 və ya 20 AZN məbləğindədi.

 

Qeyd edək ki, Azərbaycan – Malta oyunu saat 21:00-da başlayacaq.

 

Mənbə: affa.az

 


Digər xəbərlər

Xəbər xətti