Davronov Azərbaycan klublarından təklif alıb

15:41 2 Mart 2015

Tacikistna futbolunun gənc ulduzlarından olan Nuriddin Davronov karyerasını ölkəmizdə davam etdirə bilər. 

 

 

 

Sportarena.az xəbər verir ki, 24 yaşlı futbolçu klublarımıza təklif olunacaq. 

 

Ukraynalı menecerlər onu klublarımızdan birinə aparmaq istəyir. Əslində Nuriddin ölkəsində öndə gedən oyunçulardan hesab edilir. 1991-ci idlə paytaxt Düşənbədə doğulan Nuriddin “Minsk” futbol məktəbinin məzunudu. 2006/2007 mövsümündə Tacikistanın “Energetik” klubunda oynamış Nuriddin iki il də “Lokomotiv”in əvəzedici heyətində çıxış edib. 

 

Altı ilə öncə isə o, ölkəsinin ən iddialı klublarından olan “İstiqlol”a keçib.  2012-ci ildə isə Davronov Tacikistanda ilin yarımmüdafiəçisi seçilib. Komandada qazandığı uğurlar onun yolunu Serbiyaya salıb. 2013-cü ilin fevral ayında tacik oyunçu “Sloboda Uziçe”yə keçib. Amma Serbiyada öz oyununu tapa bilməyən 24 yaşlı yarımmüdafiəçi yenidən “İstiqlol”a qayıdıb. Tacikistanın bütün aşağı yaş qruplarında çıxış etmiş futbolçu əsas komandada 2008-ci ildə debüt edib və indiyə kimi 25 matçda 5 qol vurub. O, 2008-ci ildə Asiya kubokunun gümüş mükafatçısı olub. Aktyor ailəsində böyümüş Nuriddinin yayda ölkəmizə gəlişi baş tuta bilər.

 


Xəbər xətti