ÖZƏL: "Rəvan"da "çirkli pul" dövriyyəsi

15:54 2 Mart 2015

“Rəvan” ətrafında baş verən söz-söhbətlər səngimək bilmir. Ötən gün klub akademiyasının idman direktoru Bəhmən Həsənovun AFFA ilə klub arasında gərginlik yaratdığını xəbər vermişdik.

 

Bəhəmən Həsənovla bağlı saytımıza daha bir məlumat daxil olub. Etibarlı mənbədən sportarena.az-a bildiriblər ki, Bəhmən Həsənov klubda ara qarışdırmaqla yanaşı, həm də qanunsuz işlərlə məşğuldu. Belə ki, Həsənov akademiyaya administrator kimi işə götürdüyü Elvin Ələsgərlidən öz işədüzəltmə “haqqı” kimi müəyyən miqdarda pul alır. Bütün bunlardan bezən Ələsgərli rəhbərliyə şikayətlənib. Elvin Ələsgərli saytımıza açıqlamasında bütün bunları yalanlayaraq təkzib etsə də, onun bu mövqeyi başa düşüləndir. Ehtimal ki, Ələsgərli məsələni klub daxilində gizli həll edərək həm son dövrdə başı qalmaqallara qatışmış “Rəvan” rəhbərliyini narahat etmək istəmir, həm də hazır işindən qovulmaq təhlükəsindən qorxur.

 

 


Digər xəbərlər

Xəbər xətti