"Küveyt futbolu Azərbaycandan geridə qalır"

17:33 2 Mart 2015

Bakı"nın keçmiş futbolçusu Juninyo (Xavyer Junior Vilson) yenidən Sloveniyanın "Domjale" klubuna qayıdıb.

 

 

Sportarena.az xəbər verir ki, yerli mətbuata açıqlama verən futbolçu Azərbaycandakı karyerasına da toxunub:


"Azərbaycanda 3 il oynadım. Orada çoxlu tanışlarım var idi. Sonra isə Küveytə getdim. Küveyt futbolu Azərbaycandan geridə qalır. Ora getməmişdən əvvəl mənə çox vəd versələr də, gedib, başqa şey gördüm. Bu peşəkarlığa yaraşmayan haldı. Orada qaldığım vaxtda mənim üçün yaxşı təcrübə olmadı. İndi isə Sloveniyadayam. Bura mənə çox doğmadı. Azərbaycan və Küveytdə olanda özümü yad kimi hiss edirdim".


Qeyd edək ki, braziliyalı 2011-14-cü illərdə "Bakı" klubunda çıxış edib.

 


Digər xəbərlər

Xəbər xətti