“Neftçi”də Sadıq Sadıqov dönəmi bitir ?

18:26 2 Mart 2015

Uzun müddətdi  maliyyə böhranı yaşayan “Neftçi”də vəziyyət düzəlmək bilmir. Komanda daxilində gedən qruplararası mübarizə kluminasiya nöqtəsinə çatıb. AFFA-nın baş katibi Elxan Məmmədov öz kadrını “ağ-qaralar”ın vitse-prezidenti postuna oturdandan sonra komandada intriqlara daha da artıb. Sadıq Sadıqov növbədə özünün olduğunu bildiyi üçün bütün vasitələrlə bu plana qarşı mübarizə aparır. Ancaq deyəsən “Netçi”də Sadıq Sadıqov dönəmi başa çatır. Mövsümün sonunda Sadıqov komandadan gedəcək.

 

Sportarena.az xəbər verri ki, bu barədə məlumatı Aut.az-a AFFA-dakı mənbə verib. Mənbənin verdiyi məlumata görə, çempionat başa çatandan sonra “Neftçi”də kadr islahatları aparılacaq. Komandada  hazırda vəzifə tutan şəxslərin əksəriyyəti postundan göndəriləcək. Sadıq Sadıqovu prezident postunda kimin əvəz edəcəyi də məlumdu. Mənbənin verdiyi məlumata görə, “Neftçi”nin yeni prezidenti hazırda Məşqçilər Komitəsinin sədri olan Vaqif Sadıqov olacaq. AFFA-nın baş katibi Elxan Məmmədovun məsələ ilə bağlı mütəxəssislə söhbətləşdiyi və Vaqif Sadıqovun bu plana razılıq verdiyi bildirilir.


Digər xəbərlər

Xəbər xətti