Vaqif Sadıqov "Neftçi"yə gəlişinə münasibət bildirdi: "Komandaların baş məşqçiləri ilə görüşmüşük"

18:47 2 Mart 2015

Daha öncə xəbər verdiymiz kimi, Vaqif Sadıqovun “Neftçi”nin prezidenti postuna gətirilə biləcəyi haqqında məlumat vermişdik.

 

Vaqif Sadıqov sportarena.az saytına açıqlamasında xəbərin yalan olduğunu bildirib.

 

“Yalan xəbərdir. Belə bir söhbət yoxdur. Bu gün müxtəlif yaş qrupu üzrə yığma komandaların baş məşqçiləri ilə görüşmüşük. Hal-hazırda Məşqçilər Komitəsinin sədri olaraq sırf Azərbaycan futbolunda olan bəzi problemləri həll etməyə çalışırıq”. – deyə Sadıqov bildirib.

 


Digər xəbərlər

Xəbər xətti