Azərbaycan yığmasının futbolçusu: "Güclü millilərlə oyunlarımız olacaq"

22:27 2 Mart 2015

Çimərlik futbolu üzrə Azərbaycan yığma komandasının martın 17-dən 27-nə qədər BƏƏ-nin Dubay şəhərində təlim-məşq toplanışı keçirəcəyini xəbər vermişdik.

 

Çimərlik futbolu üzrə milli komandanın və "Amrahbank" futzal klubunun futbolçusu Elvin Quliyev toplanışın məqsədləri barədə sportarena.az saytına açıqlama verib.

 

“Bu təlim-məşq toplanışı 2015 Avropa oyunlarına hazırlıq xarakteri daşıyır. Avropa oyunları yaxınlaşdıqca bütün milli üzvlərində məsuliyyət daha artıq hiss olunur. Güclü millilərlə oyunlarımız olacaq. Məşqçinin tapşırıqlarını yerinə yetirməyə və oyunumuzu daha da inkişaf etdirməyə çalışacayıq. Məqsədimiz Avropa Oyunlarında yaxşı nəticə qazanmaqdır”. – deyə Quliyev bildirib.

 

 

Rahim Şaliyev


Digər xəbərlər

Xəbər xətti