“İnter” Mançiniyə əvəzləyici tapdı

23:44 2 Mart 2015

“İnter”in baş məşqçisi Roberto Mançini yayda komandadan göndəriləcək.

 

 

 

Sportarena.az xəbər verir ki, Milan klubunun rəhbərliyi artıq təcbrübəli mütəxəssisə əvəzləyici də tapıb.

 

İtaliya mətbuatı iddia edir ki, “İnter”ə Mançinidən sonra boş qalan posta, hazrırda “Marsel”i çalışdıran Marselo Belsa gətiriləcək. Xəbərdə bildirilir ki, “neradzurra” nümayəndələri artıq 59 yaşlı argentinalı mütəxəssislə danışıqlara da başlayıblar. Mançininin klubdan getməsində heç də böyük problem yoxdu.

 

Çünki Roberto ilə “İnter” arasında imzalanan müqavilədə belə bir bənd mövcuddur ki, 50 yaşlı çalışdırıcı yayda komandanı tərk edə bilər.

 

Qeyd edək ki, ötən ilin noyabr ayının ortalarında “İnter”in “sükanı arxası”na keçən Mançini komandanı avrokuboklar zonasına yüksəldmək sözü vermişdi. Hazırda isə milanlılar A seriyasında 25 oyundan sonra 35 xal toplayıb və turnir cədvəlinin 9-cu pilləsində qərarlaşır. 

 


Digər xəbərlər

Xəbər xətti