Messini məhv edən pizza imiş

23:50 2 Mart 2015

"Barselona"nın idman direktoru Karles Reksaç komandanın futbolçusu Lionel Messi barədə maraqlı fikirlər səsləndirib.

 

 

Sportarena.az xəbər verir ki, Karles Messinin ötən mövsüm əvvəlki illərlə müqayisədə uğursuz çıxışının səbəblərindən biri kimi düzgün qidalanmamasını göstərib.

"Messi çoxlu pizza yeyirdi. Bu da onun formadan düşməsinə səbəb olurdu".

Xatırladaq ki, İspaniya qəzeti "Libertad Digital"ın bu mövsümün əvvəlində "Barselona"dakı futbolçuların yediyi yeməklərin siyahısını dərc etmişdi. Siyahıda Messinin daha çox pizza və "Sprite" sifariş etdiyi qeyd olunmuşdu.

 


Xəbər xətti