"Bakı" çempionluq şansını itirdi

11:13 3 Mart 2015

Azərbaycan Premyer Liqasının XXIV turu iştirakçı klublardan birinin çempionluq xəyallarının üstündən xətt çəkib.

 

 

 

Sportarena.az xəbər verir ki, “Xəzər Lənkəran”la səfər oyununda 1:2 hesabı ilə uduzan “Bakı” artıq möcüzəyə də inana bilməz.

 

Çünki sonuncu pillədə qərarlaşan paytaxtın eyniadlı təmsilçisinin qızıl medal qazanmaq üçün qalan nəzəri şansları da Lənkəranda “uçdu”. Düzdü, paytaxtın eyniadlı təmsilçisinin çempion olmayacağı hələ mövsüm başlamamışdan da gün kimi aydın idi. Çempionata qatılması belə sual altında olan Hafiz Məmmədovun komandasından hər hansı nəticə də gözləmək düzgün deyildi.

 

Amma komanda çempionatda mübarizə aparırdısa, qızıl medallara nəzəri də olsa şansa malik idi. Çünki kağız üzərində “Bakı” da 1-ci ola bilərdi. Lakin XXIV turda kağız üzərindəki çempionluq şansının da üstündən xətt çəkildi.

 

İndi bakılılar yalnız o halda çempion olacaq ki, AFFA-nın İntizam Komitəsi bir neçə klubu, o cemlədən “Qarabağ”ı ağır cəzalandırsın. Əks halda isə ağdamlılar “Bakı” üçün əlçatmazdı.

 

Məsələ ondadı ki, liderlə autsayder arasında 35 xallıq fərq var. “Zolaqlılar”ın isə finişə qədər 11 oyunu qalıb. Bütün matçları udacağı halda da liderə çatmayacaq İbrahim Uzuncanın yetirmələri mükafatlara və avrokuboklara olan nəzəri şanslarını qoruyub, möcüzəyə ümid edə bilər. Ən azı bir neçə turluq.

 


Digər xəbərlər

Xəbər xətti