Basketbol matçında yumruq davası - VİDEO

12:56 3 Mart 2015

Basketbol üzrə İspaniya çempionatının "Bilbao" - "Laboral Kutxa" matçında yumruq davası düşüb.

 

 

Sportarena.az xəbər verir ki, münaqişə matçın başa çatmasına 7,2 saniyə qalmış yaşanıb.

 

"Laboral Kutxa"nın üzvü Tornike Şengeliya topu səbətə atmaq istəyən Deyan Todoroviçə qarşı kobudluq edib. Rəqibin bu hərəkətindən əsəbiləşən Todoroviç onu arxadan sinəsi ilə itələyib. Şengelya isə Todoroviçə yumruq zərbəsi ilə cavab verib. Bundan sonra tərəflər əlbəyaxa davaya çıxıblar.

 

Ara sakitləşdikdən sonra hakimlər hər iki komandanın məşqçiləri istisna olmaqla, bütün basketbolçuları oyundan kənarlaşdırıblar. Görüş isə yarımçıq saxlanılıb. Həmin vaxt "Bilbao" hesabda öndə olub - 91:75.

 


Digər xəbərlər

Xəbər xətti