Qərar açıqlandı: Ağabala Ramazanov cəzalandırıldı

13:13 3 Mart 2015

İntizam Komitəsinin bu gün növbəti iclasını keçirib.

 

 

 

Sportarena.az xəbər verir ki, iclasda Premyer Liqa klubları ümumilikdə 3900 manat dəyərində cərimə olunub.

 

“Qarabağ” – “Qəbələ” matçında qonaqların 4 futbolçusu sarı vərəqə aldığına görə klub 1000 manat cərimələnib.

“İnter” – “Simurq” matçında qonaqların 88 nömrəli futbolçusu Marko Stayoneviç qırımızı vərəqə aldığına görə 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.
 

“Xəzər Lənkəran” – “Bakı” matçında meydan sahiblərinin futbolçusu Ağabala Ramazanov birbaşa qırmızı vərəqə aldığına görə 2 oyunluq cəzalanıb, klub 2000 manat cərimələnib. Qonaqların futbolçusu George Pelagios ikinci sarı vərəqəni alıb meydandan qovulduğuna görə 1 oyunluq cəzəalıb, klub 200 manat cərimə olunub.

 

Həmçinin, əvəzedicilərin çempionatında baş tutmuş “Qarabağ” – “Qəbələ” matçı zamanı qonaqların 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 500 manat cərimə olunub.


Digər xəbərlər

Xəbər xətti