“İnter”in bombardiri “Xəzər Lənkəran”la oyunu buraxa bilər

13:47 3 Mart 2015

Azərbaycan Premyer Liqasının XXIV turu çərçivəsində “Simurq”la keçirilən oyunu buraxan “İnter”in hücumçusu Junior Nildo hələ də sağalmayıb.

 

 

 

Sportarena.az xəbər verir ki, bir tur əvvəl AZAL-la görüşün ilk hissəsində zədələnərək əvəzlənən braziliyalı forvard “Xəzər Lənkəran”la sabahkı kubok matçını da buraxa bilər.

 

“Sambaçı” komandanın dünənki məşqində iştirak etməyib və yalnız fərdi qaçışla kifayətlənib. Həkimlər onu ölkə kubokunun 1/4 final mərhələsindəki görüşə yetişdirməyə çalışırlar. Digər tərəfdən, 32 yaşlı oyunçu sağalsa belə, məşqçilər korpusu onu riskə atmaya bilər.

 

“Bankirlər”in digər zədəli futbolçuları Abdulla Abatsiyev və Aleksandr Amisulaşvili isə artıq kollektivə qoşulublar.

 

Qeyd edək ki, Junior Nildo bu mövsüm vurduğu 8 qolla Mikel Alvaro ilə birlikdə “İnter”in ən məhsuldar futbolçusu ünvanını daşıyır.

 


Digər xəbərlər

Xəbər xətti