"Neftçi" kubok matçına ciddi itkilərlə çıxacaq

13:52 3 Mart 2015

Azərbaycan kubokunun 1/4 final mərhələsində sabah AZAL-la qarşılaşacaq "Neftçi" oyuna ciddi itkilərlə çıxacaq.

 

 

Sportarena.az xəbər verir ki, bu barədə Qol.Az-a komandanın baş məşqçisi Arif Əsədov məlumat verib. 

Onun sözlərinə görə, aparıcı futbolçulardan olan Sisilya da Silva Kaue cəzalı durumda olduğundan sözügedən qarşılaşmanı buraxacaq: "Bundan başqa Denis Silva Kruz və Nikolas Kanales də zədəlidir. Onlar hələ ki, komanda ilə məşq edə bilmirlər. Çox güman ki, bu futbolçular da sabahkı görüşdə iştirak edə bilməyəcək".

Qeyd edək ki, "Neftçi" - AZAL matçı sabah saat 17:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti