RƏSMİ: Bakı "İnter"ində yeni müqavilə

14:20 3 Mart 2015

Bakı "İnter"i bu gün Marino Pusiclə müqavilə imzalayıb.

 

 

Sportarena.az klubun saytına istinadən yaydığı xəbərə görə, tərəflər arasında imzalanmış müqaviləyə əsasən, Pusic cari mövsümün sonunadək "İnter" komandasının baş məşqçisinin köməkçisi vəzifəsində çalışacaq.

 

Mövsümün sonunda tərəflər arasında aparılan növbəti danışıqlar zamanı mütəxəssisin baş məşqçi vəzifəsinə təyin olunması məsələsi müzakirə ediləcək. 
 

Razılıq əldə ediləcəyi təqdirdə, hollandiyalı mütəxəssis "İnter"in yeni baş məşqçisi olacaq.
 

 


Digər xəbərlər

Xəbər xətti