"Barselona" Alveşlə müqavilə yeniləyir

18:03 3 Mart 2015

"Barselona" klubu müdafiəçisi Daniel Alveşlə müqavilə yeniləmək qərarına gəlib.

 

Sportarena.az "sport.es"ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi braziliyalı futbolçu ilə 2+1 sistemi üzrə müqavilə imzalamaq niyyətindədir.

"Barselona" daha öncə "Portu"nun müdafiəçisi Danilonu transfer etməyi planlaşdırırdı. Lakin "Portu"nun və futbolçunun "Barsa"dan yüksək məbləğ tələb etməsi İspaniya təmsilçisini çətin vəziyyətdə qoyub. Bu səbəbdən "Barselona" Alveşlə müqavilə yeniləmək qərarına gəlib.

Qeyd edək ki, mövcud müqaviləsi cari mövsümün sonunda başa çatacaq 31 yaşlı futbolçunun "Barselona"nın təklifini müsbət qarşıladığı bildirilir. 

 


Xəbər xətti