RƏSMİ: Syomin Dodonu "Qəbələ"dən istəyib

18:55 3 Mart 2015

"Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syomin komandanın aparıcı futbolçularından olan Dodonu hazırda çalışdırdığı "Mordoviya"da görmək istəyir. 

 

Sportarena.az xəbər verir ki, bu barədə "Qəbələ"nin baş meneceri Zaur Əzizov məlumat verib. 

Onun sözlərinə görə, Syomin braziliyalı futbolçu üçün iki dəfə "Qəbələ"yə müraciət edib: "Hələ yayda Syomin Dodonu komandasına cəlb etmək istəyirdi. Sabiq baş məşqçimiz Dorinel Muntyanu Dodonu əvəzedici heyətə göndərəndə Syomin bizə bildirdi ki, icazə verin bizdə icarə əsasında oynasın. Biz buna razı olmadıq". Klub rəsmisi braziliyalı futbolçunu buraxmaq istəmədiklərini bildirib: "Bu ilin yanvar ayında Antalya toplanışı zamanı Syomin yenidən Dodonu bizdən istədi. Lakin onu komandadan göndərmək fikrimiz yoxdur". 

Qeyd edək ki, Dodo 2011-ci ilin yayından "Qəbələ"nin şərəfini qoruyur.

 

Mənbə: Qol.az


Xəbər xətti