Avropa Oyunlarına biletlərin satışa çıxarılma vaxtı açıqlandı

19:42 3 Mart 2015

"Bakı-2015" I Avropa Oyunlarının biletləri bu ayın ikinci yarısından satışa çıxarılacaq. 


 

Sportarena.az xəbər verir ki, bu barədə "Bakı-2015" I Avropa Oyunları Əməliyyat Komitəsinin idman direktoru Pirs Kallahan açıqlama verib. 


O bildirib ki, biletlər 19 - 21 mart tarixindən satışda olacaq. Lakin konkret tarixi və qiymətləri açıqlamayan P.Kallahan onların yerli əhali üçün kifayət qədər uyğun məbləğə olacağını bildirib. 

Qeyd edək ki, "Bakı-2015" I Avropa Oyunları 12 - 28 iyunda keçiriləcək.

 


Digər xəbərlər

Xəbər xətti