Zebra ovlamaq istədi, özü ovlandı - FOTO

00:05 4 Mart 2015

"Nyukasl"ın azarkeşi Afrikada dəhşətli şəkildə həyatını itirib.

 

 

Sportarena.az xəbər verir ki, çılğın "Nyukasl" azarkeşi olan Con Kirsli həyat yoldaşı ilə getdiyi Tanzaniyada zebranın hücumuna məruz qalıb.

 

Evliliklərinin 10-cu ilini qeyd edən cütlük Tanzaniyada zebra ovuna çıxmaq fikrinə düşüb. Lakin bu vaxt Conun əynindəki ağ-qara zolaqlı "Nyukasl" forması zebralardan birinin "diqqətini çəkib".

 

Erkək zebranın hücumuna məruz qalan Con aldığı yaralardan yerindəcə keçinib. Maraqlıdır ki, 2009-cu ildə də "Nyukasl" formasında olan bir azarkeş zebra tərəfindən öldürülmüşdü. Artıq "sağsağanlar"ın tərəfdarları zebraların yaşadığı "qara qitə"yə səfər zamanı sevimli klubunun formasını geyinməklə bağlı ciddi düşünməli olacaq.

 


Digər xəbərlər

Xəbər xətti