Subaşiç oynadı, "Qalatasaray" darmadağına sevindi - VİDEO

10:10 4 Mart 2015

Türkiyə kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına start verilib.

 

 

 

Sportarena.az xəbər verir ki, Superliqanın lideri “Qalatasaray” doğma meydanda millimizin sabiq hücumçusu Branimir Subaşiçin formasını geyindiyi “Manisaspor”la qarşılaşıb. “Cim-Bom" azərbaycanlı futbolçunun komandasını 4 cavabsız qolla məğlub edib. Görüşdə Subaşiç 46-cı dəqiqədən mübarizəyə qoşulub.

 

 

Türkiyə kuboku, 1/4 final, ilk oyun

03 mart

“Qalatasaray - “Manisaspor”  4:0

Qollar: Cemaili, 34, Əmrə, 40-pen, Pandev, 68; 88 

 


Xəbər xətti