Tərlan Əhmədov "Portu" - "Sportinq" matçında - FOTO

10:31 4 Mart 2015

AZAL-ın baş məşqçisi Tərlan Əhmədov PRO kurslarının tələblərinə uyğun olaraq Portuqaliyada təcrübə keçib. 

 

 

 

Sportarena.az xəbər verir ki, “Pakuş de Ferreyra”nın düşərgəsində olan gənc mütəxəssis fürsətdən istifadə edərək, Primeyra Liqanın 2 matçını stadiondan canlı izləyib.

 

Əvvəlcə “Portu” – “Sportinq” (3:0), daha sonra isə “Belenenseş” – “Pakuş de Ferreyra” (0:1) görüşlərində stadionda olub. Baş məşqçi gecə saatlarında vətənə qayıdıb və bu gün komandanı “Neftçi” ilə ölkə kubokunun ilk 1/4 final matçına çıxaracaq.

 


Digər xəbərlər

Xəbər xətti