Güləş Federasiyası Avropa oyunlarına ciddi şəkildə hazırlaşır - FOTO

11:19 4 Mart 2015

Sərbəst güləş üzrə Azərbaycan milli komandasının böyük məşqçisi, əməkdar məşqçi Firdovsi Umudov.

 

1.Firdovsi müəllim məşqlər necə gedir? Məşq başlayır, arada fasilə verildi və yenidən məşq…

Məşqlərimiz yaxşı gedir. Bəli, məşq prosesi bir neçə hissədən ibarətdir. Bura güləşçinin texnikası, forması, fiziki-psixoloji vəziyyəti və s. aiddir. Biz, Güləş Federasiyası olaraq həmişə ilk diqqət etdiyimiz şey nizam-intizamdır, bunu da hamı görür, bilir. Biz, ilk olaraq məşqlərimizi nizam-intizamla görürük. Hal-hazırda qarşıdan gələn yarışlara hazırlaşırıq, irəlidə bizi bir neçə turnir gözləyir ki, öz gücümüzü göstərək.

2.Avropa Oyunlarına hazırlıq necə gedir? Çətinlik varmı?

Heç bir çətinliyimiz yoxdur. Gördüyünüz kimi, Federasiya tərəfindən hər bir şərait yaradılıb, zalın şəraitindən tutmuş, idmançıların geyimlərinə, qidalarına kimi hər şey yüksək səviyyədədir. Belə olan halda güləşçilərimizə yaxşı məşq edib qalib olmaq qalır. Görürsünüz, necə məşq edirlər?! Əziyyət çəkirlər, həm özləri, həm məşqçiləri… Bircə qalib olmaq qalır, o da onlarlıqdır…
Ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev idmana olan diqqəti, qayğısı göz önündədir. Dövlətimiz və şəxsən cənab Prezident özü idmançılarla, xüsusən də güləşçilərlə yaxından maraqlanır. Federasiya prezidenti cənab Fazil Məmmədovun, I vitse-prezident Namiq Əliyev hər zaman komandamızın yanındadır. Komanda üzvlərinin hər birinə fərdi yanaşır, komandanın hazırlığı üçün lazımi bütün şərait yaradılır. Biz də çalışırıq ki, yaradılan şəraitə, göstərilən diqqətə layiq nəticələr qazanaq.

3.İdmançıların psixoloji vəziyyətinə diqqət edirsiniz?

Mütləq şəkildə hər bir idmançının psixoloji vəziyyəti yaxşı olmalıdır. Daha sonra məşqə, fiziki formasına diqqət etməlidir.
Güləş Federasiyası işini düzgün formada qurub. Ona görə də nə məşqçilərin, nə də idmançılarımızın narazılığı, problemi yoxdur.
Yunan-Roma güləşçilərimizin bu yaxınlarda Dünya Kubokunu qazanması bizə əlavə ruh yüksəkliyi verdi. Cənab prezidentin güləşçilərimizə olan diqqəti bizim daha da həvəslə çalışmağımıza stimul yaradır.
Bizim də işimiz çalışıb yenidən qalib olmaqdır.

4.Avropa oyunlarına hazırlaşırsınız. Komandada kimləri hazır hesab edirsiniz?

Biz Avropa Oyunlarına xüsusi proqramla hazırlaşırıq. Ancaq hələ tezdir. Deyə bilmərik ki, kim yüz faiz hazırdır. Çünki biz bir neçə turnirlərdə iştirak etmişik və qarşıda yenə də turnirlər var. Onlardan sonra artıq bilə biləcəyik ki, kim hazırdır. Fors major hal olmasa, artıq özünü hazır hiss edən idmançılarımızın adını qeyd edəcəyik.

5.İdmançılar zədədən sığortalanmayıb. Bəs güləşçilərdən zədəli olan varmı?

Güləşçilərimizin zədə məsələsinə ehtiyatla, diqqətlə yanaşırıq. Əlbəttə, zədə gözlənilməyən problemdir. Heç bir idmançı zədədən sığortalanmayıb. Ötən ay Parisdə keçirilən Qran Pri turnirində Həmzət Osmanov sağ çiyin bağlarının dartılması ilə zədələndi. Hal-hazırda Federasiya rəhbərliyinin göstərişi ilə onun zədəsinin sağalması üçün işlər görülür. Ümid edirəm ki, digər güləşçilərimiz belə hallarla üzləşməyəcək.

 


Digər xəbərlər

Xəbər xətti