"Simurq" və "Qarabağ"dan böyükhesablı qələbə, "Neftçi" AZAL-la bacarmadı

20:50 4 Mart 2015

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına start veriləcək.

 

 

Sportarena.az xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə baş tutacaq.

 

“Neftçi” “Bakcell Arena”da AZAL-ı sınağa çəkəcək. Azərbaycan Premyer Liqasının III turdan təxirə salınmış oyunda “təyyarəçilər”i minimal hesabla məğlub edən “ağ-qaralar” yenə qalib gəlmək niyyətindədi.

 

Çempionatın lideri “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda autsayder “Bakı”ı qəbul edəcək.

 

Günün maraqlı görüşü Qəbələdə baş tutacaq. Şəhərin eyni adlı komandası “Qəbələ” “Simurq”la üz-üzə gələcək. İki əyalət təmsilçisi yarımfinala yüksəlmək üçün var qüvvəsini ortaya qoyacaq.

 

 

Azərbaycan kuboku

1/4 final, ilk oyunlar

4 mart (çərşənbə)

17:00. “Neftçi” – AZAL 0:0 
Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Knyaz Əmiraslanov, Namiq Hüseynov
Əlavə köməkçi hakimlər: Ramil Diniyev, Fariz Yusifov 
“Bakcell Arena”


17:00. “Qarabağ” – “Bakı” 3:0 

Qollar: Reynaldo, 6, 32; Vüqar Nadirov,24

Hakimlər: Vüsal Əliyev, İsgəndər Əliyev, Nahid Əliyev, Rəhim Həsənov 
Tofiq Bəhramov adına Respublika stadionu

19:00. “Qəbələ” – “Simurq” 0:3 

Qol: Ceran, 17, 55; Lambod, 58
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Zeynal Zeynalov
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ömər Paşayev 
Qəbələ şəhər stadionu


Digər xəbərlər

Xəbər xətti