David Kazaryan: "Bakı İrəvana oxşayır"

12:04 4 Mart 2015

“Mən azərbaycanlılar tərəfdən əyri baxışlarla qarşılaşmadım”.

 

 

Bir müddət əvvəl Bakıda Azərbaycana qarşı matçda iştirak etmiş Almaniyanın “Hoffenhaym” klubunun və Rusiyanın yeniyetmələrdən ibarət yığmasının (U-17) futbolçusu David Kazaryan  ölkəmizə səfərdən sonra öz təəssüratlarını bölüşüb. 

“Bakı çox gözəl şəhərdir”, - Sportarena.az futbolçunun News.am -a müsahibəsindən sitat gətirir. – “Bir bir neçə dəfə mərkəzdə olduq. İrəvanla hansısa oxşarlıq var. Mənə xüsusi mühafizə ayrılmışdı”.

 

“Oteldə bütün gün ərzində polis növbə çəkirdi, məşqçilər olmadan bizi buraxmırdılar. Hər şey nəzərə alınmışdı. Biz orada təlim-məşq toplantısında idik, gəzməyə vaxt yox idi. Mən azərbaycanlılar – məni mühafizə edən şəxslər, menecerlər, digər futbolçular yaxud da xidmət personalından hansısa əyri baxışlarla qarşılaşmadım. Buna görə həmin insanlara və ümumiyyətlə təlim-məşq toplantısını təşkil edənlərə təşəkkürümü bildirmək istəyirəm!”.

 


Digər xəbərlər

Xəbər xətti