Maradonalıq edə bilmədi, "radara düşdü" - VİDEO

12:45 4 Mart 2015

Asiya Çempionlar Liqasında maraqlı hadisə baş verib.

 

 

 

Sportarena.az xəbər verir ki, Çinin "Şandun Lunen" komandası Cənubi Koreyanın "Çonbuk Motors"unu öz meydanında qəbul edib və 1-4 hesabı ilə məğlub olub.

 

Oyunun 79-cu dəqiqəsində ev sahiblərinin hücumçusu Yan Xu Maradonanın məşhur "Allahın əli" hərəkətini təkrarlamaq istəyib. Lakin onun bu cəhdi fiaskoya uğrayıb. Belə ki qarşısında  ikinci sarı vərəqəni görən futbolçu meydandan qovulub.

 


Digər xəbərlər

Xəbər xətti