Elbrus Məmmədov: "Şansımızın yüksək olduğunu demək gülməli çıxa bilər"

19:47 4 Mart 2015

Azərbaycan Kubokunun ¼ final mərhələsinin ilk oyununda “İnter” “Xəzər Lənkəran”ı 2-0 hesabı ilə məğlub etdi.

 

Sportarena.az xəbər verir ki, qonaqların baş məşqçisi Elbrus Məmmədov oyun barədə fikirlərini bölüşüb:

“Kubok oyunudu. Cavab qarşılaşmasını gözləmək lazımdı. Düzdür, biz səfərdə iki qol buraxdıq. İki qol buraxdıqdan sonra ola bilər ki, mərhələni keçmək şansımızın yüksək olduğunu demək gülməli çıxa bilər. Amma mərhələni keçmək bizim tapşırığımızdır. Hesab edirəm ki, bu tapşırıq həll olunmayanlardan deyil”. 

 


Digər xəbərlər

Xəbər xətti