Arif Əsədov: "Növbəti matça ümidlə baxıram"

20:18 4 Mart 2015

Azərbaycan Kubokunun ¼ final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Neftçi” – AZAL oyununda qapılara qol vurulmadı. 

 

 

Sportarena.az xəbər verir ki, qonaqların baş məşqçisi Arif Əsədov oyun haqqında fikirlərini bölüşüb:

“Qrafik sıxdır. Ona görə də bu gün bəzi futbolçuları oyunun gedişində meydançaya buraxdıq. İlk oyunda heç-heçəyə baxmayaraq, növbəti matça ümidlə baxıram. Bəzi imkanlardan istifadə edə bilmədik. Ümumilikdə komandadan razıyam.  Qarşıdakı oyuna hazırlaşmalıyıq. Kubok matçlarında hər şey cavab oyununda həll olunur”.
 


Xəbər xətti