Veteranlar və jurnalistlər arasında oynanılan oyunda 12 qol

22:04 5 Mart 2015

Bu il 10-cu dəfə qeyd edilən Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Azərbaycan Gənclər və İdman Nazirliyi ölkəmizin şəhər və rayonlarında bir sıra idman tədbirləri keçirir.

 

 

Sportarena.az xəbər verir ki, Nərimanov rayon Gənclər və İdman İdarəsinin təşəbbüsü ilə veteran futbolçular və KİV nümayəndələri arasında futbol üzrə iki taymdan ibarət mini-matç keçirilib. 40 dəqiqə davam etmiş görüş 6:6 hesabı ilə başa çatıb.

 

Oyundan sonra matçın iştirakçılarına diplomlar və hədiyyələr təqdim edilib.

 


Digər xəbərlər

Xəbər xətti