Bir ömrün yaşıl meydanda sonu - VİDEO

22:27 5 Mart 2015

Belçika çempionatının son turunda keçirilən “Brügge” - “Muskron” matçında (3:0) qeyri-adi hadisə yaşanıb.

 

 

Sportarena.az xəbər verir ki, 20 ildir sağalmaz xəstəlikdən əziyyət çəkdiyi üçün evtanaziya qərarı qəbul edən Lorenso Şonbert adlı azarkeş “Brügge”nin oyununu sonuncu dəfə izləyib.

 

Onun stadiona gəlməsindən xəbər tutan klub rəhbərliyi və azarkeşlər Lorenso üçün vida mərasimi təşkil ediblər. “Göy-qaralar”ın 42 yaşlı fanatı komandasının ev oyunlarını keçirdiyi “Yan Breydel” stadionunda dövrə vuraraq, azarkeşlərlə vidalaşıb. Tribunalarda açılan “Sən heç vaxt tək olmayacaqsan” pankartı isə Şonbertin kövrəlməsinə səbəb olub.

 

Lorenso daha sonra mətbuata qısa açıqlama da verib:

 

“Belə duyğusal vida gözləmirdim. Komandamın qələbə qazanması məni lap çox sevindirdi. Artıq rahatlıqla ölə bilərəm. Qələbə sevincini cənnətdə qeyd edəcəyimə ümid edirəm”.

 

Lorenso Şonbert bazar ertəsi müalicə aldığı xəstəxanada zəhərli iynəylə öldürülüb.

 


Digər xəbərlər

Xəbər xətti