Azarkeşə 18 aylıq həbs verildi

22:33 5 Mart 2015

Almaniyanın “Şalke” klubunun 24 yaşlı azarkeşi azadlıqdan məhrum edilb.

 

 

Sportarena.az xəbər verir ki, məhkəmənin hökmü ilə azarkeş 1,5 ilini həbsxanada keçirəcək. O, stadiona pirotexniki vasitələrin gətirilməsində ittiham olunub. Hadisə 2012-ci ildə “Şalke” - “Ayntraxt” oyununda baş verib. Həmin qarşılaşmada pirotexniki vasitələrdən istifadə olunduğuna görə, 8 nəfər xəsarət almışdı.

 

Azadlıqdan məhrum edilən azarkeş “Xuqos” fanat qrupunun üzvüdür. O, buna qədər də bir neçə dəfə futbol oyunlarında ictimai qaydaları pozduğuna görə məhkəmə qarşısına çıxarılmış və cərimə olunmuşdu. Ümumiyyətlə, azarkeşin həbs olunması Almaniya futbolu tarixində ilk belə hadisədir.

 


Xəbər xətti