Millimizin üzvü oynadı, komandası "Seltik"i darmadağın etdi

22:50 5 Mart 2015

Şotlandiyada 20 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunan ölkə çempionatında 23-cü turun oyunları keçirilib.

 

 

Sportarena.az xəbər verir ki, Azərbaycanın U-19 yığmasının üzvü Cem Fələyin komandası - "Aberdin" də növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə "Seltik"lə qarşılaşıb. Matç futbolçumuzun komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb. Fələk 76 dəqiqə meydanda olub.

Qeyd edək ki, "Aberdin" hazırda 55 xalla birinci yerdə gedir.


Xəbər xətti