Orxan Məmmədov İrlandiya - Yunanıstan və İrlandiya - Polşa oyunlarını idarə edəcək

23:02 5 Mart 2015

Azərbaycanlı FİFA referisi Orxan Məmmədov UEFA-dan yeni təyinat alıb.

 

Sportarena.az xəbər verir ki, o, 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasındakı Avropa çempionatının elit mərhələsinin Polşada keçiriləcək oyunlarında ədaləti qoruyacaq.

Məmmədovun idarə edəcəyi oyunlar da bəllidir. Belə ki, o, martın 21-də İrlandiya - Yunanıstan qarşılaşmasını, ayın 26-da isə İrlandiya - Polşa görüşündə baş hakim olacaq.

 


Digər xəbərlər

Xəbər xətti