Əliyar Ağayev Almaniya yığmasının oyununu idarə edəcək

23:05 5 Mart 2015

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb.

 

Sportarena.az xəbər verir ki, o, 19 yaşadək futbolçulardan ibarət yığma komandalar arasındakı Avropa çempionatının elit mərhələsinin Almaniyada keçiriləcək oyunlarında ədaləti qoruyacaq.

Ağayevin idarə edəcəyi oyunlar da bəllidir. Belə ki, o, martın 26-da Almaniya - Slovakiya qarşılaşmasını, ayın 31-də isə İrlandiya - Slovakiya görüşündə baş hakim olacaq.

 


Digər xəbərlər

Xəbər xətti