UEFA Krım çempionatının yaradılması ideyasını dəstəklədi

23:16 5 Mart 2015

UEFA Krım çempionatının yaradılması ideyasını dəstəkləyib.

 

 

Sportarena.az xəbər verir ki, bu haqda qitə futbol qurumunun İcraiyyə Komitəsinin üzvü Frantişek Lavrines bildirib.

 

Lakin çempionatın dəqiq tarixi hələ ki, bəlli deyil: “Biz Krımda çempionatın keçirilməsinə razıyıq. UEFA bunu tamamilə dəstəkləyir. Amma dəqiq tarix haqqında biz hələ ki, heç nə deyə bilmərik. Çünki buna hazır deyilik. Bu gün tez maliyyələşdirmə haqqında danışmaq lazımdı. Hələ uzaqda qarşılıqlı anlaşma məsələsində belə girmədik”.

 

Güman edilir ki, Krımda iki futbol liqası yaradılacaq – böyüklər və gənclər arasında. Böyüklər arasında səkkiz peşəkar komanda çıxış edəcək. Onlar öz aralarında dörd dairəvi sistemdə oynayacaqlar. Gənclər arasında isə iki dairəvi yarışın qalibi müəyyən ediləcək. Çempionatın təşkili ilə Krım Futbol İttifaqı məşğul olacaq. Hazırda mövcud olan Krım və Sevastopol Futbol Federasiyaları birləşdiriləcək.


Digər xəbərlər

Xəbər xətti