Neymar üzr istədi: "Rəqib müdafiəçinin gəldiyini gördüm və..."

23:25 5 Mart 2015

"Barselona"nın futbolçusu Neymar komanda yoldaşı Luis Suaresdən üzr istəyib.

 

 

Sportarena.az "Marca" qəzetinə istinadən xəbər verir ki, buna braziliyalı futbolçunun "Vilyareal"la kubok matçında Suaresə ötürmə verməməsi səbəb olub.

 

Hücumların birində əlverişli mövqedə olan Suaresə ötürmə verməyərək özü zərbə endirən Neymar deyib: "Epizodların birində Suareslə hücuma atıldıq. Rəqib müdafiəçinin gəldiyini gördüm və qərara aldım ki, zərbəni özüm endirim. Futbolda belə şeylər olur. Meydanda bir-birimizi yaxşı anlayırıq. Suaresdən üzr istəyirəm və söz verirəm ki, növbəti oyunlarda ona ötürmə edəcəm".  

 

Qeyd edək ki, "Barselona"nın 3:1 hesabı ilə qalib gəldiyi "Vilyareal"la görüşdə Suares bir dəfə fərqləndiyi halda Neymar dublla yadda qalıb. 

 


Digər xəbərlər

Xəbər xətti