Rövnəq Abdullayev: "AVRO-2020-nin sifariş ərizəsini hazırlayırıq"

11:32 6 Mart 2015

"Artıq müəyyən işlər həyata keçirilib və nəticələr əldə olunur. Cənab Prezidentin qarşımıza qoyduğu bir çox tapşırıqlar yerinə yetirilir".

 

 

Sportarena.az xəbər verir ki, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev bu gün keçirilən hesabat konfransında çıxışı zamanı deyib.

İlin yekunları ilə bağlı fikirlərini bildirən R.Abdullayev "2005-2015-ci illərdə Azərbaycanda futbolun inkişafı ilə bağlı dövlət proqramı" barədə danışıb. AFFA rəhbəri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin federasiyanın qarşısına qoyduğu tapşırıqların yerinə yetirildiyini qeyd edib.

"AVRO-2020-nin sifariş ərizəsini hazırlayırıq. Çempionatın 3 qrup və bir 1/4 oyunu Bakıda keçiriləcək. Bu çox böyük tədbirdir. Biz qarşımıza qoyulan vəzifələri yerinə yetirib, etimadı doğruldacağıq. Cənab Prezidentə bizə verdiyi böyük dəstəkdən dolayı təşəkkür edirəm. Dövlətimiz bizə böyük köməklik göstərdi ki, bu da birgə görülən işin nəticəsidir" - deyə R.Abdullayev bildirib.


Digər xəbərlər

Xəbər xətti