Vaqif Sadıqov: "Biz böyük bir layihə hazırlayıb AFFA-ya təqdim etmişik"

12:46 6 Mart 2015

"Məşqçilər Komitəsinin məqsədi AFFA tərəfindən təşkil olunmuş bütün tədbirlərdə iştirak etməkdir. Bizim üçün hər cür şərait yaradılıb. İlk gündən bütün yaş qrupları üzrə komandalarımızla görüşlər keçirdik".

 

 

Sportarena.az xəbər verir ki, bu sözləri Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov AFFA-nın Hesabat Konfransında deyib.

O bildirib ki,  Məşqçilər Komitəsi Klublar Komitəsi ilə də iş qurmağa çalışır:

"Biz böyük bir layihə hazırlayıb AFFA-ya təqdim etmişik. Əsas istəyimiz odur ki, “Avro-2020” üçün layiqli bir komanda yaradaq. Azərbaycan futbolunun inkişafı üçün birlikdə çalışmalıyıq".

 


Xəbər xətti