Mourinyo Britaniyada birincidir

13:02 6 Mart 2015

"FourFourTwo" jurnalı İngiltərə Premyer Liqası , "Championship" və Şotlandiya liqasında çıxış edən futbolçular arasında sorğu keçirib. Sorğuda məqsəd ideal baş məşqçini müəyyənləşdirmək olub. 

 

Sportarena.az xəbər verir ki, futbolçuların 48%-i "Çelsi"ni çalışdıran Joze Mourinyoya səs verib. Ondan sonra  31% – lə Xosep Quardiola  ("Bavariya"), 8% – lə Arsen Venger ("Arsenal"),  6% – lə Sem Ellerdays ("Vest Xem") və Yurgen Klopp  ("Borussiya" D), 1% – lə isə Roy Hocson (İngiltərə yığması) qərarlaşıblar.

 

Əlavə edək ki, səsvermədə 123 futbolçu iştirak edib.

 

 


Digər xəbərlər

Xəbər xətti