"Bakı 2015"in açılış mərasiminə pulsuz bilet udmaq imkanı yaradılıb - VİDEO

13:15 6 Mart 2015

İyunun 12-də Bakıda start götürəcək I Avropa Oyunlarının açılış mərasiminə bilet qazanmaq şansı yaradılıb.

 

 

Sportarena.az xəbər verir ki, bunun üçün iştirakçılar özlərinin şəkli və ya videolarını "Hello Baku" ("Salam Bakı") sözləri ilə birgə sosial şəbəkədə ("Twitter" və ya "İnstagram") yerləşdirməlidirlər. 

Onlar "Bakı 2015"ə qatılacaq 50 ölkədən olmalıdırlar. Müsabiqə martın 31-də başa çatacaq. Qalib isə aprelin 7-dək elan olunacaq. Qalibə Bakıya 2 nəfərlik uçuş və açılış mərasimi üçün bilet, oteldə bir gün qalma paketi veriləcək. 

Qeyd edək ki, iştirakçıların yaşı 18-dən yuxarı olmalıdır.    

 


Digər xəbərlər

Xəbər xətti