AFFA 2014-cü ildə 22 milyon 790 min manat xərcləyib

13:18 6 Mart 2015

AFFA-nın 2014-cü il üçün maliyyə hesabatı açıqlanıb. 

 

 

 

Sportarena.az xəbər verir ki, assosiasiyanın ötən il qazancı 2,3 milyon manat təşkil edib. "Park İnn” oteldə keçirilən AFFA-nın Hesabat Konfransı zamanı açıqlanan rəqəmlərə əsasən, ötən il AFFA-ya 22 milyon 790 min manat daxil olub.

 

Bunun 14 milyonunu baş sponsor ARDNŞ-dan gələn vəsait təşkil edir. 2,2 milyon "Azəridmanservis”, 2 milyonu isə UEFA-dan gələn məbləğdi. Millinin oyunlarının yayım satışından da eyni vəsait əldə edilib. FİFA və digər partnyorlar isə assosiasiyamıza 553 min manat ödəyib. Qurumun "İnter-Arena”ya görə qazancı 3 milyon 245 min manatdı. AFFA təşkilata daxil olan məbləğin 21 milyon 674 min manatını xərcləyib. Bunun 9,6 milyonu milli komandalara, 2,4 milyonu hakimlərə, 2,2 milyonu maaşlar və səfərlərə, 2,1 milyonu yeniyetmə liqalarına xərclənib. Futzala 420 min, rəsmi və yoldaşlıq görüşlərinin təşkilinə isə 407 min ödənilib. Bundan başqa, regional federasiyaya 236, Veteranlar İttifaqına 188 min manat verilib. Qurumun balansında olan stadionlara çəkilən xərclər isə fərqli olub. "Bakcell Arena”ya 586 min, "Bayıl Arena”ya 352 min və AFFA-nın Futbol Mərkəzinə 600 min ödənilib. Klublara maliyyə yardımı kimi 710 min manat ödəyən AFFA 2 milyon 42 min manat vergi verib.

 

Eyni zamanda, Azərbaycan klubları arasında ən çox qazanc əldə edən "Qarabağ” olub. Ağdamlılar 1 milyon 936 min manat irəli düşüb. "Neftçi”də isə bu qazanc 444 min manat olub.

 


Digər xəbərlər

Xəbər xətti