Nuru Əliyevi kim və necə aldatdı?

13:42 6 Mart 2015

“Rəvan” klubunun Akademiyasının idman direktoru Bəhmən Həsanovun dələduzluqları haqqında daha əvvəl yazmışdıq.

 

Klubdakı etibarlı mənbələrdən Həsənov barədə daha bir ilginc fırıldaq faktı sportarena.az saytına göndərilib.

 

Məlumatda Bəhmən Həsənovun U-21millinin sabiq çalıdırıcısı Bernard Lipperd-ə aid yazılı vəsaiti plagiat edərək öz adına çıxarması haqqında bildirilir. Belə ki, “Həsənov Lipperdin uşaq komandaları üçün nəzərdə tutulmuş 4 illik proqramını azərbaycan dilinə tərcümə etdirmiş və öz adına çap etdirərək proqramı “Rəvan” klubunun prezidenti Nuru Əliyevə göndərmişdir. Nuru Əliyevə bu proqramı guya özünün hazırladığını bildirən Həsənov klubdan proqramın həyata keçirilməsi üçün külli miqdarda vəsait mənimsəyib. Ən pisi isə bu vəsaitlərin düzgün xərclənməməsidir”. –  Məlumatda belə deyilir.

 

Məlumatın həqiqətə nə qədər uyğun olması gün ərzində sportarena.az tərəfindən araşdırılacaqdır.


Digər xəbərlər

Xəbər xətti