QƏRAR AÇIQLANDI: Premyer Liqada nə limit, nə də komanda sayı dəyişməyəcək

13:50 6 Mart 2015

2015/16 mövsümündə Azərbaycan Premyer Liqasında yarışacaq komandaların sayı müəyyənləşib.

 

 

Sportarena.az xəbər verir ki, bu haqda bu gün keçirilən AFFA İcraiyyə Komitəsinin iclasından sonra federasiyanın prezidenti Rövnəq Abdullayev bildirib.

Bildirilib ki, bu mövsüm çempionatda sonuncu yeri tutan komanda birinci diviziona düşəcək. Birinci divizondan isə iki klub Premyer Liqaya yüksələcək.

Qeyd edək ki, İcraiyyə Komitəsində legioner limitində dəyişiklik edilməyib. Növbəti mövsümdə də limit indiki kimi qalacaq: 6+4+1.

 


Xəbər xətti