“Zirvə” İdman Klubundan nümunəvi çıxışlar - FOTOLAR + VİDEO

14:05 6 Mart 2015

“Zirvə” İdman Klubu Bədən Tərbiyəsi və İdman günü ilə bağlı nümunəvi çıxışlar reallaşdırıb. Çıxışlar 5 idman növünü əhatə edib. Bunlar ağır atletika, futbol, cüdo, taekvando və bədii gimnastikadır.

Bədən Tərbiyəsi və İdman gününə həsr olunan nümunəvi çıxışlar ənənəvi xarakter daşıyır.
Qeyd edək ki, bu əlamətdar tarixin 10 ili tamam oldu. Bu tarix Prezident İlham Əliyevin “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında Sərəncamına əsasən qeyd edilir.

Azərbaycanda Bədən tərbiyəsi və İdman gününün martın 5-də qeyd olunması isə təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub.

 


Digər xəbərlər

Xəbər xətti