ÖZƏL: Nurlan Novruzov "Qarabağ", "Neftçi" və "Xəzər Lənkəran"ın hədəfində

15:20 6 Mart 2015

“Bakı” klubunun hücumçusu Nurlan Novruzov Premyer Liqanın üç klubunun marağ dairəsindədir.

 

 

Sportarena.az saytının əldə etdiyi məlumata görə “Qarabağ” və “Xəzər Lənkəran” klubu futbolçunun xidmətindən yararlanmaqda qəti mövqedədirlər. Mövsüm sonunda Novruzovun bu iki klubdan birinə keçmə ehtimalı böyükdür. Saytımıza daxil olan məlumatda isə, Novruzovun həmçinin “Neftçi” klubunun da hədəfində olması bildirilib. Hətta, “ağ-qaralar” ona şifahi təklif göndərməyə də hazırlaşır.

 

Qeyd edək ki, Novruzov bu mövsümdə vurduğu 11 qolla Premyer Liqanın ən sərrast futbolçusu sayılır.

 

 


Digər xəbərlər

Xəbər xətti