Ukrayna millisi Bakıya 15 futzalçı ilə gəlir

16:39 6 Mart 2015

"Avro-2016"nın seçmə mərhələsində millimizlə qarşılaşacaq Ukrayna futzal yığmasının Bakıya gələcək heyəti müəyyənləşib.

 

 

Sportarena.az xəbər verir ki, yığmanın baş məşqçisi Aleksandr Kosenko millimizlə oyun üçün 15 futzalçıya dəvət göndərib.

"Avro-2016"nın seçmə mərhələsinin oyunları 18-21 mart tarixində Bakıda keçiriləcək.

Qeyd edək ki, Azərbaycan millisi Ukrayna, Danimarka və Belçika yığmaları ilə eyni qrupda mübarizə aparacaq. 
 


Qapıçılar: Yevgeni İvanyak, Dmitri Litvinenko (hər ikisi "Lokomotiv, Xarkov), Yuri Savenko

Digər futbolçular: Nikolay Beloçerkoveç, Dmitri Sorokin, Aleksandr Sorokin, Denis Ovsyannikov, Sergey Jurba, Dmitri Bondar (hamısı "Lokomotiv", Xarkov), Aleksey Fetko, Dmitri Kalukov (hər ikisi Sportlider+"), Roman Kordoba ("Enegriya"), Vitali Dzüba (LTK), Yegeni Valenko ("Fənər" Azərbaycan), Vladimir Razuvanov ("Spartak", Rusiya)

 


Xəbər xətti