Erməni nazirlə Güləş Federasiyasının sözü çəp gəldi

17:18 6 Mart 2015

Ermənistan Güləş Federasiyası Bakıda keçiriləcək I Avropa Oyunlarında erməni güləşçilərin iştirakının əleyhinədir.

 

Sportarena.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, federasiya məsələni araşdırdıqdan sonra erməni güləşçilərin Oyunlarda iştirakını mənasız və qeyri-məqsədəuyğun hesab edib.

Məlumata görə, federasiya qərarını yaxın vaxtlarda İdman Nazirliyinə və Olimpiya Komitəsinə açıqlayacaq.

Eyni zamanda, Ermənistanın idman naziri Qabriel Kazaryan bildirib ki, ölkə güləşçiləri I Avropa Oyunlarında mütləq iştirak etməlidirlər: "Biz Oyunlarda iştirak etməliyik. Bu mənim subyektiv fikrimdir".

 


Digər xəbərlər

Xəbər xətti