"Qəbələ" Abışovu itirdi

23:41 6 Mart 2015

"Qəbələ" klubu heyətində daha bir itki ilə üzləşib.

 

 

Sportarena.az xəbər verir ki, "qırmızı-qaralar"ın kapitanı Ruslan Abışov Premyer Liqanın növbəti, 25-ci turunda "Sumqayıt"la qarşılaşmada iştirak etməyəcək. 


Buna səbəb futbolçunun sarı vərəqə limitini doldurmasıdı. Belə ki, ötən tur "Qarabağ"la oyunda sarı vərəqə alan Abışov cəzalı duruma düşüb.


Bundan başqa zədəli Ruslan Əmircanov, Rəşad sadiqov və Dodo da bu qarşılaşmada iştirak etməyəcək. 


Qeyd edək ki, "Qəbələ" - "Sumqayıt" matçı 8 mart, saat 18:00-da Qəbələ şəhər stadionunda baş tutacaq.

 


Xəbər xətti