"Sumqayıt"da 2 ciddi itki

12:48 7 Mart 2015

Premyer Liqanın XXV turu çərçivəsində “Qəbələ” ilə qarşılaşacaq “Sumqayıt” bu gün səfərə yola düşəcək.

 

 

 

Sportarena.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi Qəbələyə itkilərlə gedir.

 

Belə ki, komandanın iki aparıcı oyunçusu əyalət təmsilçisi ilə görüşü buraxacaq. Baş məşqçi Aqil Məmmədov “Qəbələ” ilə qarşılaşmada Aleksandr Çertoqanov və Tərzin Cahangirovun xidmətindən yararlana bilməyəcək. Çertoqanov cəzalı olduğu halda, Cahangirov zədədən əziyyət çəkir.

Qeyd edək ki, “Qəbələ” – “Sumqayıt” matçı sabah saat 18:00-da start götürəcək.

 


Digər xəbərlər

Xəbər xətti