Nurlan Novruzov: "Türkiyə PPT liqa təmsilçilərindən təkliflər olub"

18:26 7 Mart 2015

“Xəzər Lənkəran”, “Qarabağ” və “Neftçi” klublarının “Bakı”nın parlamaqda olan gənc hücumçusu Nurlan Novruzovun xidmətində maraqlı olduqlarını xəbər vermişdik. Futbolçu ilə əlaqə saxlayaraq bu xəbərə münasibətini öyrənməyə çalışdıq.

 

Novruzov sportarena.az saytına açıqlamasında Türkiyə PTT Liqa təmsilçilərinin də onunla maraqlananlar sırasında olduğunu bildirib.

“Hələ ki, “Bakı” ilə müqaviləm var. “Qarabağ” və “Xəzər Lənkəran”ın mənimlə maraqlandığından xəbərim yoxdur. “Neftçi”dən şifahi təklif olub, qəbul etməmişəm. Türkiyə PPT liqa təmsilçilərindən təkliflər olub. Həmin klubların adlarını açıqlamaq düzgün olmaz. Vaxtı gələndə onsuz da hər şey bilinəcək”. – deyə Novruzov bildirib.


Digər xəbərlər

Xəbər xətti